Bank Of Baku

Azərbaycanda 60 abituriyent ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarından xaric olunub

Azərbaycanda 60 abituriyent ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarından xaric olunub
# 11 iyul 2011 07:17 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 1 nəfər başqasının yerinə imtahana girmək istəyib, 2-si imtahana mobil telefonla keçməyə, qalanları isə köçürməyə cəhd göstərib. I ixtisas qrupu üzrə oğlanların sayı qızlara nisbətən üstünlük təşkil etdiyindən imtahan zamanı qaydaları pozanlar III ixtisas qrupunun imtahanlarına nisbətən çox olub.

E. Nağızadə deyib ki, imtahan təlimata uyğun keçirilib, hazırda abituriyentlərin cavab kartlarının emalı gedir və protokollar oxunur. İmtahanın nəticələrinin sabah açıqlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR