Bank Of Baku

Magistraturalara keçirilən qəbul imtahanları ilə bağlı Apellyasiya Komissiyası işə başlayıb

Magistraturalara keçirilən qəbul imtahanları ilə bağlı  Apellyasiya Komissiyası işə başlayıb
# 26 iyul 2011 07:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda iyulun 26-dan 28-dək vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apellyasiya Komissiyası tərəfindən araşdırılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi, imtahan qaydalarının bakalavr tərəfindən pozulması, bir ali məktəbdən başqasına köçürülmə, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi kimi müraciətlərə baxılmayacaq.
TQDK bəyan edir ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apellyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR