Bank Of Baku

Rusiyanın Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb - YENİLƏNİB
# 06 iyul 2026 10:06 (UTC +04:00)
0:00 / 0:00
80%

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.

Merin sözlərinə görə, 46 nəfər yaralanıb.

***

07.45

Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Ukayna mediasının məlumata görə, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.

Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə "Kalibr", "Geran", "Sirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.

Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.

***
05:20

Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində azı 3 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

"Unian"ın məlumatına görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif rayonlarında 10-dan çox çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, hücum nəticəsində Podol və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb.

Onun sözlərinə görə, Podol rayonunda yaşayış binası qismən dağılıb, xəsarət alanlar var. Bundan başqa, dağıntılar həmin rayonda yerləşən qaraj kooperativinin ərazisinə də düşüb.

Timur Tkaçenkonun son açıqlamasına əsasən, Podol rayonunda 25 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsinə də ziyan dəyib.

Hadisə yerlərinə təcili tibbi yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR