Bank Of Baku

Azərbaycan paytaxtının ən böyük bazarında yemiş satışına qadağa qoyulub

Azərbaycan paytaxtının ən böyük bazarında yemiş satışına qadağa qoyulub
# 27 iyul 2011 08:04 (UTC +04:00)
Bu haqda APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib. Onun sözlərinə görə, həmin məntəqədə satılan qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib: “Analizlərin nəticələrinə görə, qarpızların tərkibində heç bir problem yoxdur. Amma Kürdəmir rayonundan məntəqəyə gətirilən yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bununla bağlı, həmin məhsulun satışı dayandırıldı”.

Bakıdakı bazarların bir çoxunda satılan qarpız və yemişlərin həmin məntəqədən tədarük edildiyini deyən Y. İbrahimovun sözlərinə görə, məntəqədə mütəmadi olaraq belə yoxlamalar həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR