Bank Of Baku

Azərbaycan paytaxtında 40, bəzi rayonlarında 42 dərəcə isti olacaq

Azərbaycan paytaxtında 40, bəzi rayonlarında 42 dərəcə isti olacaq
# 27 iyul 2011 09:03 (UTC +04:00)
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata havanın temperaturu gecə 23-27, gündüz 36-40 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

İyulun 29-da da hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27, gündüz 36-40 dərəcə isti olacaq .

Azərbaycanın rayonlarında iyulun 28-də hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40 dərəcə isti olacaq. Bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyulun 29-da bölgələrdə hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR