Bank Of Baku

ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərlə müsahibə keçirilib

ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərlə müsahibə keçirilib
# 27 iyul 2011 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xaricdə Mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda xarici universitetlərə qəbul olunmuş və ARDNŞ-ın Təqaüd Proqramında iştirak etmək üçün müraciət etmiş gənclərlə müsahibə keçirilib.

Təqaüd Proqramının hazırkı durumu haqqında məlumat verən ARDNŞ-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Tural Əliyev bildirib ki, indiyədək proqrama 122 nəfər cəlb olunub. Bu il 39 nəfər təqaüdçü təhsilini başa vurub. Bu dəfə isə Komissiyaya xaricdə təhsil almaq üçün müraciət edən iddiaçı tələbələrin sayı 35 nəfər olub. Xarici universitetlərə qəbul olunmuş tələbələrdən 8 nəfər bakalavr, 26 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə doktorluq təhsili almaq məqsədilə ARDNŞ-ın Təqaüd Proqramına müraciət edib. Onlardan 17-si iqtisadiyyat ixtisasları, 6-sı mühəndislik, 5-i hüquq, 3-ü avtomatika və İKT, 3 nəfəri insan resurslarının idarə edilməsi, 1 nəfər isə tibb (beyin cərrahiyyəsi) ixtisasları üzrə təhsillərini dünyanın yüksək reytinqli ali təhsil ocaqlarında davam etdirmək niyyətindədir.

Komissiyanın yekun qərarı yaxın günlərdə elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR