Bank Of Baku

Strateji Araşdırmalar Mərkəzində “İrəli” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən kitabların təqdimatı keçirilib

Strateji Araşdırmalar Mərkəzində “İrəli” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən kitabların təqdimatı keçirilib
# 27 iyul 2011 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “İrəli” Tədqiqatlar Mərkəzinin dəstəyi ilə nəşr edilən “Cahiliyyət dövrünün ərəb sivilizasiyası” və “İslam nöqteyi-nəzərindən nigah və cinsi həyat” adlı kitablarının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib ki, təmsil etdiyi qurum bu il ərzində 10-a yaxın kitabın çapına dəstək verib. Hazırda gənclərin kitaba olan münasibəti barədə danışan C. Osmanlı bildirib ki, bu gün gənclərin ciddi mövzularda tədqiqat aparmasına ehtiyac var. O, yeni nəşrlərin əhəmiyyəti barədə də fikirlərini diqqətə çatdırıb.

“Cahiliyyət dövrünün ərəb sivilizasiyası” kitabının müəllifi Eldar Əmirov nəşrdə toxunulan məqamlar haqda danışıb. O deyib ki, kitabda qədim ərəb sivilizasiyasının formalaşması, onun inkişaf xüsusiyyətləri, həmçinin İslamın gəlişindən əvvəl Ərəbistanda mövcud olan siyasi, mədəni və ideoloji mühit xüsusi tədqiqat predmeti qismində önə çəkilib. “İslam nöqteyi-nəzərindən nigah və cinsi həyat” kitabının müəllifi Arif Abdullah isə nəşrdə qeyd olunan məsələlərin zaman üçün aktuallıq kəsb etdiyini vurğulayıb.

Sonra kitab müəllifləri mərasimdə iştirak edən gənc oxucuların yeni nəşrlər və mövzu ilə bağlı suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR