Bank Of Baku

Azərbaycan çaylarında sululuq azalıb

Azərbaycan çaylarında sululuq azalıb
# 27 iyul 2011 10:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə, respublika çaylarının sululuğunda azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Quba-Xaçmaz bölgəsi çaylarında 75-95, Lənkəran-Astara bölgəsinin çaylarında 95, Kiçik Qafqazın çaylarında 85-95, Naxçıvan MR-sı çaylarında isə normanın 58 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 193 kubmetr/saniyə, ongünlük normanın 126 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 57 kubmetr/saniyə olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.

Hazırda Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 431, Şirvanda 312, Salyanda 303, Bankədə 246, Araz çayının Novruzlu məntəqəsində isə 146 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR