Bank Of Baku

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət edib

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət edib
# 27 iyul 2011 10:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2011-1012-ci tədris ili üçün çapı nəzərdə tutulan dərsliklərin 35 faizi artıq nəşr edilib və anbara yığılıb. Avqustun 10-dan sonra həmin dərsliklərin yerlərə çatdırılmasına başlanacaq. Bu haqda APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib.

F. Şahbazlı bildirib ki, Azərbaycan Təhsil Nazirliyi Gürcüstanda azərbaycanlıların təhsil aldıqları məktəblərin dərslik tələbatını öyrənmək məqsədilə həmin ölkəyə müraciət edib. Onun sözlərinə görə, bu məqsədlə Gürcüstanın Elm və Təhsil Nazirliyinə, Azərbaycanın həmin ölkədəki səfirliyinə, həmçinin Gürcüstanın Azərbaycandakı səfirliyinə məktublar göndərilib: “Ötən il də sorğu ilə Gürcüstan tərəfinə müraciət etmişdik. Amma oradan çox gec cavab aldıq. İstəyirik ki, soydaşlarımızın dərslik problemləri olmasın. Çalışırıq ki, bu sahədə tələbatı tez zamanda öyrənək və ehtiyac olan dərslikləri Gürcüstana göndərək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR