Bank Of Baku

Yaponiya və Azərbaycan seysmoloqları əməkdaşlığa başlayır

Yaponiya və Azərbaycan seysmoloqları əməkdaşlığa başlayır
# 27 iyul 2011 11:55 (UTC +04:00)
Bununla bağlı Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational şirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu Azərbaycana səfər ediblər. Qonaqlar səfərləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

RSMX-dən APA-ya verilən məlumata görə, görüşdə AMEA RSXM baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Azay Rzayev və RSXM-ın Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmlər doktoru Tahir Məmmədli, AMEA RSXM-ın elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və Oyo İnternational sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu, eləcə də Şineyei Kaisa şirkətinin MDB və Türkiyə regionu üzrə meneceri, elmlər doktoru Xaqani Məlikov iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərə qarşı hal-hazırkı vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə edilib. Görüşdən sonra qonaqlar AMEA RSXM-ın telemetrik seysmik stansiyalarının iş prinspi ilə yaxından tanış olublar.

Daha sonra yaponiyalı qonaqlar Fövqəladə Hallar Nazirliyində, AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə və direktorun elmi işlər üzrə müavini, akademik İbrahim Quliyevlə də görüşlər keçiriblər. Yaponiyalı qonaqların daha bir görüşü isə Xarici İşlər Nazirliyində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR