Bank Of Baku

Cəlilabadda əmək yarmarkası keçirilib

Cəlilabadda əmək yarmarkası keçirilib
# 27 iyul 2011 12:13 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzindən APA-nın cənub bürosuna verilən məlumata görə, yarmarkaya 9 dövlət, 16 qeyri-dövlət müəssisəsi olmaqla 25 idarə və təşkilatdan 240 yeni iş yeri çıxarılıb.

Nəticə etibarilə 77 nəfər rayon sakini istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. Onlardan 30-u dövlət, 45-i qeyri-dövlət təşkilatlarında çalışacaq. Bundan əlavə, yarmarka zamanı 4 nəfər kvota üzrə, 15 nəfər isə peşə hazırlığı kurslarına, 30 nəfər isə ictimai işə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR