Bank Of Baku

Azərbaycanda fərdi reabilitasiya proqramının tətbiqi ilə bağlı qaydalar hazırlanıb

Azərbaycanda fərdi reabilitasiya proqramının tətbiqi ilə bağlı qaydalar hazırlanıb
# 27 iyul 2011 12:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə hazırlıq işləri aparır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, reabilitasiya tədbirlərinin səmərəli təşkilini təmin etmək, şəxsin həyat fəaliyyətinin məhdudluq dərəcəsini, strukturunu dəqiqləşdirmək və dürüst qiymətləndirmək üçün fərdi reabilitasiya proqramının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Bu qaydaların müzakirəsi məqsədilə regionlarda ixtisaslaşmış hökumət və qeyri-hökumət qurumları ilə birgə dəyirmi masaların, treninqlərin keçirilməsi nəzərdə tutulur. Bundan sonra qaydalar təsdiq üçün nazirliyin Kollegiyasına təqdim ediləcək.

Məlumatda bildirilir ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, keyfiyyətli tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin göstərilməsi məqsədilə “Əlliyin müəyyən olunması meyarlarına dair”, “Tibbi-sosial ekspert komissiyaları haqqında” və “Reabilitasiya müəssisələrinin fəaliyyəti haqqında” Əsasnamələrin yenidən işlənməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər tamamlanmaq üzrədir.

Qeyd edək ki, hazırda nazirliyin ölkənin müxtəlif bölgələrində olmaqla 14 regional bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR