Bank Of Baku

TQDK narazı abituriyentlərə cavab kartlarının qrafik təsvirinə baxmağa şərait yaradıb

TQDK narazı abituriyentlərə cavab kartlarının qrafik təsvirinə baxmağa şərait yaradıb
# 27 iyul 2011 13:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı açıq apelyasiyada iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb. Bu haqda APA-ya Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq abituriyentlər cavab kartlarına baxa biliblər: “Qəbul imtahanlarının nəticələri ilə əlaqədar açıq apelyasiya ilə bağlı müraciət edən abituriyentlər bu gündən etibarən internetlə imtahan nəticələri bölməsində cavab kartlarının qrafik təsvirinə baxa bilirlər. Açıq apelyasiyada iştirak etmək üçün 113 abituriyent müraciət etmişdi. Artıq onlardan 24 nəfəri öz kartına baxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR