Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir
# 27 iyul 2011 14:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi müraciətinə əsasən, DSX Akademiyasının 3 ixtisası üzrə əlavə müsabiqə elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” (I qrup üzrə), “Uçuş mühədnisliyi” (I qrup üzrə), və “Dövlət və bələdiyyə idarəetməsi” (II qrup üzrə) ixtisasları üzrədir.
Müsabiqədə 2011/2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dən avqustun 5-dək DSX-də yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR