Bank Of Baku

Tufandağ ərazisindəki buzlaqlar tədqiq olunur

Tufandağ ərazisindəki buzlaqlar tədqiq olunur
# 27 iyul 2011 16:45 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 nəfərdən ibarət ekspedisiya qrupu tərəfindən son 35 ildə ilk dəfə olaraq Tufandağ ərazisindəki Mahmuddərə çayının mənbəyində yerləşən buzlağın tədqiqinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 26-da ETSN Milli Hidrometeorologiya Departamentinin əməkdaşları tərəfindən başlanan tədqiqatlar nəticəsində 3300 metrdən 4000 metrə qədər hündürlükdə olan buzlağın yerləşmə ərazisinin planı tərtib olunacaq və buzlağın ölçüləri, sahəsi, həcmi, dəqiq koordinatları müəyyən ediləcək. Buzlağın dinamikasının öyrənilməsi üçün onun ərazisi xüsusi tamasaların köməyi ilə işarələnəcək.

Tədqiqat işləri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 dekabr tarixli “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq həyata keçirilir.

Tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin – qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının hesablanmasına imkan verəcək.

Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Şah düzündə quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR