Bank Of Baku

Azərbaycanda ətraf mühitin mühafizəsinə nəzarət sahəsində yol verilmiş qanun pozuntularına görə akt və protokollar tərtib olunub

Azərbaycanda ətraf mühitin mühafizəsinə nəzarət sahəsində yol verilmiş qanun pozuntularına görə akt və protokollar tərtib olunub
# 28 iyul 2011 07:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu ilin I yarısında Azərbaycanda ətraf mühitin mühafizəsinə nəzarət sahəsində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1001 akt və 325 protokol tərtib olunub. Bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ((ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, qanun pozuntularına görə, 469 icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilib, hüquq-mühafizə orqanlarına göndərilmiş 61 işdən 18-nə, məhkəmələrə göndərilmiş 90 işdən 32-nə, Məhkəmə İcraçılarına göndərilmiş 257 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə, 347 iş üzrə 2 633 098 manat məbləğində cərimə tətbiq edilib, 308 iş üzrə 376 571,78 manat məbləğində iddia qaldırılıb, 2891 iş üzrə 637 684,52 manat məbləğində ödəmə tətbiq edilib. Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 622 663 manat vəsaitin köçürülməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR