Bank Of Baku

Bu il Kür çayına 34,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin buraxılması nəzərdə tutulur

Bu il Kür çayına 34,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin buraxılması  nəzərdə tutulur
# 28 iyul 2011 07:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) törədici balıqların tədarük edilməsi məqsədilə balıq ovlayan şirkətlərlə müqavilələr bağlayıb. APA-nın məlumatına görə, ETSN-nin 2001-ci ilin 6 aylıq hesabatında qeyd edilir ki, alınacaq sürfələrin və körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülüb.
Ümumilikdə, 2011-ci ildə 34,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 mln ədəd nərəcinsli, 175,0 min ədəd qızılbalıq, 414,0 min ədəd çəkikimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılması proqnozlaşdırılır.

Bu ilin birinci yarısında qanun pozucularından 4 ədəd qayıq, 52 ədəd tor, 435 müxtəlif növ balıq götürülüb, bioloji resurslara vurulmuş ziyanla bağlı 29696 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR