Bank Of Baku

Şəmkir rayonunda tapılan platin yatağının sənaye əhəmiyyətinin qiymətləndirilməsi üçün layihə-smeta sənədləri tərtib edilib

Şəmkir rayonunda tapılan platin yatağının sənaye əhəmiyyətinin qiymətləndirilməsi üçün layihə-smeta sənədləri tərtib edilib
# 28 iyul 2011 08:01 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirliyin bu ilin I yarısında gördüyü işlərlə bağlı yaydığı hesabatında bildirilir ki, artıq ərazidə çöl işlərinə başlanılıb.

Bundan başqa ETSN tərəfindən bu ilin I yarısında respublikanın bir sıra rayonlarında irimiqyaslı geoloji-planlama işləri həyata keçirilib, bir çox faydalı qazıntıların dəqiq axtarışı üçün perspektivli sahələr ayrılıb və yeni filiz zonaları müəyyənləşdirilib. Seysmoaktiv bölgələrdə (əsasən Abşeron və Şamaxı-İsmayıllı bölgələrində) seysmogeodinamik və geofiziki sahələrdə müşahidələr təşkil olunub, zəlzələlərin uzun və qısamüddətli proqnozlaşdırılması həyata keçirilib.

2011-ci ilin 6 ayı ərzində ekoloji ekspertiza rəyinin verilməsi üçün nazirliyə 2710 müraciət daxil olub. Bu müraciətlərin böyük əksəriyyəti sahibkarlığın inkişafı ilə əlaqədar olaraq ayrı-ayrı fiziki və hüquqi şəxslər, dövlət təşkilatları və vətəndaşlar tərəfindən edilib. Hesabatda qeyd edilir ki, daxil olmuş müraciətlərə vaxtında baxılaraq icraları təmin olunub. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi layihələrinin ekspertizası üzrə 6 ay ərzində 9 layihəyə və 8 Texniki İqtisadi Əsaslandırma sənədinə baxılıb və müvafiq tələblər müəyyənləşdirilməklə razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR