Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanın 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb

Bu ilin birinci yarısında Azərbaycanın 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb
# 28 iyul 2011 08:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 20011-ci ilin I yarısında gördüyü işlərlə bağlı hesabat hazırlayıb. APA-nın məlumatına görə, hesabatda qeyd edilir kİ, bu ilin 6 ayı ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Həmin müddət ərzində Bakı və onun ətraf ərazilərində yaşıllıqların salınması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də müvafiq işlər görülüb. Magistral avtomobil yollarının kənarlarında ümumilikdə, 170 hektar sahədə 206 780 ədəd ağac və kol növləri əkilib. Meşələrin artırılması və bərpası istiqamətində 1335 hektar sahədə meşə əkini və səpini, 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə suvarma işləri aparılıb, 14284 kq toxum tədarük edilib. 49,34 hektar sahədə toxum səpilib, 38,98 hektar sahədə 1495 min ədəd toxmacar, 22 hektar sahədə 1089 min ədəd çilik basdırılmış, eyni zamanda 1372 hektar sahədə torpaq hazırlığı işləri aparılıb.

Bu ilin 6 ayı ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində işlər davam etdirilib. Hazırda, Azərbaycanda ümumi sahəsi 880975,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 352 akt, 139 protokol tərtib edilib, 76690 manat cərimə tətbiq olunub. 23 iş hüquq-mühafizə orqanlarına, 58 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib. Brakonyerliklə məşğul olan şəxslərdən 66 ədəd ov silahı götürülüb, 56 şəxs barəsində akt və protokol tərtib edilərək 50600 manat məbləğində cərimə tətbiq edilib.

Hesabatda bildirilir ki, həmin müddət ərzində atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində, səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) aparılıb. Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədilə aparılan monitorinqlər də davam etdirilib. Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə aparılıb.
Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 533 (90-ı dənizdə olmaqla) monitorinq keçirilib, axarlardan götürülmüş 1542 su, qrunt, qazma məhlulu və şlam nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR