Bank Of Baku

Lənkəranda ibtidai sinif müəllimlərinin 10 günlük seminarı başa çatıb

Lənkəranda ibtidai sinif müəllimlərinin 10 günlük seminarı başa çatıb
# 28 iyul 2011 10:59 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda cənub bölgəsinin 6 rayonunun ibtidai sinif müəllimlərinə yeni tədris metodlarını öyrətmək məqsədi daşıyan 10 günlük seminar bu gün başa çatıb. APA-nın cənub bürosunun məlumatına görə, Təhsil Nazirliyi və Dünya İnkişaf Bankının dəstəyi ilə təşkil olunan seminarda iştirak edən 960 nəfər ibtidai sinif müəllimindən imtahan zamanı bilik, bacarıq və vərdişlərlə bağlı 15 suala cavab vermək tələb olunub. İmtahanın nəticəsindən asılı olaraq müəllimlərə I, II və III dərəcəli sertifikatlar verilib. Ən aşağı nəticə göstərən müəllimlər isə dinləyici sertifikatları ilə qiymətləndirilib.
Qeyd edək ki, seminarın ikinci mərhələsi avqustun 1-dən 11-ə kimi həyata keçiriləcək. İlin sonuna kimi bütün məktəblərdə ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarlarda iştirakı təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR