Bank Of Baku

Bakının Nərimanov rayonunda baş verən yanğına görə vəzifəli şəxs 10 min manat cərimələnib

Bakının Nərimanov rayonunda baş verən yanğına görə vəzifəli şəxs 10 min manat cərimələnib
# 28 iyul 2011 13:02 (UTC +04:00)
Hadisə T. Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fakt nazirliyə daxil olmuş şikayəti araşdırarkən məlum olub. Yanğın zamanı 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı dayanacaq dərəcədə yanıb. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub.

Faktla bağlı akt və protokol tərtib edilərək Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nurəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 min manat məbləğində cərimə tətbiq edilib və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılıb. Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR