Bank Of Baku

Sumqayıtda ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə məktəblilər arasında görüş keçirilib

Sumqayıtda ABŞ-ın  Azərbaycandakı səfirliyinin əməkdaşları ilə məktəblilər arasında görüş keçirilib
# 28 iyul 2011 13:33 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün Sumqayıt şəhərindəki Amerika Təhsil Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə məktəblilər arasında görüş keçirilib. APA-nın məlumatına görə, ABŞ səfirliyinin mədəniyyət və təhsil şöbəsinin müşaviri Krist Cons məktəblilərin ingilis dilinə olan marağını nəzərə alaraq deyib ki, ingilis dilini mükəmməl öyrənən gənclər ABŞ-da təhsil ala, ölkənin tarixi ,mədəniyyəti və iqtisadiyyatı haqqında geniş məlumat əldə edə biləcəklər: “Sumqayıt Amerika Təhsil Mərkəzi də bu istiqamətdə məktəblilərə hər növ köməklik göstərməyə hazırdır”.
K. Cons belə təhsil mərkəzlərinin Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərdiyini xatırladıb. Səfirlik əməkdaşı daha sonra Facebook sosial şəbəkəsinin əhəmiyyətindən danışıb: ”Gəbclər Facebook sosial şəbəkəsində fəal olmalıdırlar. Burada siz ABŞ dövləti haqqında və eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyin əməkdaşları və fəaliyyəti haqqında məlumatlar da əldə edə biləcəksiniz”.
Sonda K.Cons ABŞ səfirliyinin Facebook sosial şəbəkəsindəki səhifəsinin 5000-ci ziyarətçisinə - Raid adlı gəncə noutbuk hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR