Bank Of Baku

Əmək müfəttişləri bölgələrdə tikinti aparılan iş yerlərinə nəzarət edəcək

Əmək müfəttişləri bölgələrdə tikinti aparılan iş yerlərinə nəzarət edəcək
# 28 iyul 2011 14:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Dövlət Əmək Müfəttişliyi Xidməti bölgələrdəki müfəttişlərə sabah tikinti aparılan iş yerlərinə baş çəkmək və qanunvericiliyə əməl olunması ilə bağlı vəziyyətə nəzarət etmək barədə tapşırıqlar verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov “APA-Economics”ə bildirib ki, indiyədək bölgələrdə bununla bağlı hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Xatırladaq ki, qanunvericiliyə müvafiq olaraq tikintidə işçilərin havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu isti və açıq şəraitdə işləməsi qadağandır. Belə şəraitdə işə ya fasilə verilir, ya da iş tamamilə dayandırılır. Əks halda, əmək şəraitinin düzgün təşkil olunmaması əsas götürülərək, tikinti sahibkarını 1500 manatadək cərimə gözləyir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün kəskin isti hava haqqında aidiyyəti qurumlara müraciət edib. Müraciətdə bildirilir ki, avqust ayının 3-dək Azərbaycanda kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Aran rayonlarında və Naxçıvan MR-də 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR