Bank Of Baku

Azərbaycan ərazisində kəskin istilər avqustun 3-dək davam edəcək

Azərbaycan ərazisində kəskin istilər avqustun 3-dək davam edəcək
# 29 iyul 2011 08:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 24-27, gündüz 36-40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.

İyulun 31-də hava günəşli keçəcək, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 36-40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 30-da hava yağmursuz keçəcək. Cənub küləyi gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək. Gecə 22-27, gündüz 38-40, bəzi yerlərdə 42,
dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 31-də də hava yağmursuz keçəcək, cənub küləyi gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək. Gecə 22-27, gündüz 37-41, bəzi yerlərdə 43, dağlarda gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.

Hidrometeoroloqlar kəskin isti hava şəraiti haqqında xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, avqust ayının 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakı və Abşeron yarımadasında 38-40, yarımadanın bəzi yerlərində 42, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42, bəzi yerlərdə 44, dağlıq rayonlarda 35-38-dək yüksələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR