Bank Of Baku

Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssislərinə qəbul imtahanlarında iştirak etmək üçün 19 544 nəfər ərizəsini təsdiq etdirib

Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssislərinə qəbul imtahanlarında iştirak etmək üçün 19 544 nəfər ərizəsini təsdiq etdirib
# 29 iyul 2011 08:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadə qəbul imtahanlarının avqustun 28-də keçiriləcəyini deyib.

TQDK sədri deyib ki, hər bir abituriyent ixtisas seçimi zamanı, müxtəlif təhsil müəssisələrinin dövlət hesablı və ödənişli 12-dək ixtisas kodunu göstərə bilər.

Onun sözlərinə görə, bu il 9 illik təhsil bazasından 46 orta ixtisas təhsili müəssisəsi üzrə ayrılan plan yerlərinin sayı 9 642-dir. Azərbaycan bölməsi üzrə 8 449, rus bölməsi üzrə 312, birgə müsabiqə üzrə isə 881 plan yeri ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR