Bank Of Baku

ARDNŞ-in Gürcüstan nümayəndəliyi Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndinə yardım göstərib

ARDNŞ-in Gürcüstan nümayəndəliyi  Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndinə yardım göstərib
# 29 iyul 2011 09:23 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə-APA. ARDNŞ-in Gürcüstan nümayəndəliyi Ermənistanla sərhəddə yerləşən azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndinə təbii fəlakətdən sonra yardım edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ARDNŞ-in rəsmisi Arif Əliyev məlumat verib. Onun sözlərinə görə, sərhəddə yerləşən ucqar dağ kəndi Yırğançaya diqqət artırılacaq. “Eşidəndə ki, Ermənistanla sərhəddə yerləşən və soydaşlarımızın yaşadığı Yırğançaya dolu düşüb və evlərin dam örtüyünə təbii fəlakətdən zərər dəyib, biz kənd sakinlərinə yardım üçün 2.500 şifer göndərdik. Bu gün biz bu yardımı rayon rəhbərliyinin rəsmiləri, kənd ictimaiyyətinin nümayəndələri ilə birlikdə zərər çəkən evlərin sakinləri arasında bölüşdürdük. Əlavə 150 ədəd şiferi isə imkansız ailələrə payladıq. Ümumiyyətlə, Yırğançay kənd sakinlərinə 42 min lariyə qədər yardım etmişik.”
Yırğançay kənd sakini Cəlal Yadigaraov APA-ya açıqlamasında bu yardım üçün ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirib: “Bu, bizə göstərilən diqqətdir. Hələlik heç bir yerdən kömək almamışdıq. Sağ olsun, ARDNŞ bizə yardım əlini uzatdı. Dolu bir çox ailələr üçün fəsad törətdi. İki dəfə baş verən təbii fəlakət kənd təsərrüfatı məhsullarını, toyuq-cücə, mal-qaranı məhv etdi. Belə yardımlar bizim üçün vacibdir. Çünki dağ kəndində heç bir iş yeri yoxdur və biz yalnız heyvandarlıqla məşğul oluruq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR