Bank Of Baku

Azərbaycanda gələn ildən abituriyentlər imtahandan az sonra cavab kartları ilə tanış ola biləcəklər

Azərbaycanda gələn ildən abituriyentlər imtahandan az sonra cavab kartları ilə tanış ola biləcəklər
# 29 iyul 2011 10:00 (UTC +04:00)
Bununla da abituriyent biləcək ki, imtahanda nə yazıb”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərində görə, komissiya bununla bağlı “Elektron-Azərbaycan” layihəsinə müraciət edib: “Çünki bizdə avadanlıqların bir qismi var, amma 100 min kartı belə işlətmək üçün 4 kamera və digər avadanlıqlar lazımdır. Ümidvarıq ki, bir il ərzində büdcədən pul ayrılacaq və biz bu avadanlıqları ala biləcəyik”.

M. Abbaszadə onu da bildirib ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı açıq apellyasiya prosesi başa çatıb. Bu il ilk dəfə olaraq, abituriyentlər cavab kartlarına baxa biliblər: “Qəbul imtahanlarının nəticələri ilə əlaqədar açıq apellyasiyada iştirak etmək üçün bizə 127 abituriyent müraciət etmişdi. Onlardan 90 nəfəri öz kartına baxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR