Bank Of Baku

Məleykə Abbaszadə: “Ukraynada, Türkiyədə, Rusiyada Azərbaycan abituriyentlərini özünə çəkən dələduzlar var”

Məleykə Abbaszadə: “Ukraynada, Türkiyədə, Rusiyada Azərbaycan abituriyentlərini özünə çəkən dələduzlar var”
# 29 iyul 2011 11:05 (UTC +04:00)
M. Abbaszadə qeyd edib ki, Ukraynada, Türkiyədə, Rusiyada Azərbaycan abituriyentlərini özünə çəkən dələduzlar var. Komissiya sədri valideynləri belə məsələlərdə ehtiyatlı olmağa çağırıb: “Mənim telefonuma belə bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində imtahansız ali təhsil almaq mümkündür. Yəqin ki, bu mesaj başqalarının da telefonuna gəlib. Oxuyub güldüm. Hər kəs bilir ki, Türkiyə ali təhsil ocaqlarına qəbul olmaq nə qədər çətindir. Belə olan halda, necə ola bilər ki, Bakıdan Türkiyə universitetinə qəbul bu qədər asan ola bilər?” M. Abbaszadə bildirib ki, xaricdə ali məktəb adı altında təqdim olunan məktəblərin çoxu əslində adi kurslardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR