Bank Of Baku

Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidməti: Havanın temperaturu 41 dərəcədən yuxarı olarsa, açıq havada işlər dayandırılmalıdır

Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidməti: Havanın temperaturu 41 dərəcədən yuxarı olarsa, açıq havada işlər dayandırılmalıdır
# 29 iyul 2011 13:52 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu haqda jurnalistlərə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Sosial hüquq məsələləri üzrə nəzarət şöbəsinin müdiri Tahir Musayev bildirib.

O qeyd edib ki, son günlər sinoptiklər tərəfindən Azərbaycanda havanın temperaturunun 42 dərəcədən yuxarı olması haqda məlumatlar verilir. Buna görə də DƏMX işəgötürənlər tərəfindən qanunvericiliyə əməl edilməsinə nəzarət məqsədilə ciddi işlərə başlayıb: “Əmək Müfəttişliyi Xidmətinin 23 bölgə, xüsusilə də Aran rayonları üzrə rəisinə xüsusi tapşırıqlar verilib. Bununla əlaqədar olaraq bölgələrdə işçi qrupları yaradılıb. Onlar iş yerlərinə, xüsusilə də asfalt salma və yol çəkilişi işlərində işçilərin iş rejiminə nəzarət edirlər”.

T.Musayevin sözlərinə görə, iş yerlərində fasilələrin yaradılması və ya işin tamamilə dayandırılması xüsusi mexanizmlə tənzimlənir: “Dövlət Əmək Müfəttişliyi Xidməti bütün iş adamlarına müraciət edir ki, xidmətin apardığı bu işə yardımçı olsunlar. İşçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə qanunvericiliyə əməl etsinlər”.

Şöbə müdiri onu da qeyd edib ki, sözügedən sahədə nəzarət tədbirlərinə dünəndən başlanılıb və yaxın günlərdə nəticələr bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR