Bank Of Baku

TQDK IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən bəzi ixtisaslar üzrə müsabiqə şərtlərinə dəyişiklik edib

TQDK IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən bəzi ixtisaslar üzrə müsabiqə şərtlərinə dəyişiklik edib
# 29 iyul 2011 13:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IV ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən bədən tərbiyəsi və idman istiqaməti üzrə təhsili ödənişli əsaslarla olan ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan minimal balı 75-dən 70-ə endirib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq qabiliyyət imtahan komissiyasında seçmə turdan keçmiş abituriyentlər avqustun 1-i və 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək qabiliyyət imtahanlarında iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR