Bank Of Baku

Dərbənddə Azərbaycan Dövlət İqtisad Universitetinin kampüs tipli müəssisəsi yaradılır

Dərbənddə Azərbaycan Dövlət İqtisad Universitetinin kampüs tipli müəssisəsi yaradılır
# 29 iyul 2011 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) kampüs tipli müəssisəsi yaradılır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ADİU-nun rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib.
«Bu gün Dövlət İqtisad Universiteti Azərbaycanın yeganə təhsil müəssisəsidir ki, ölkədən kənarda filialı mövcuddur. Dərbənd qədim Azərbaycan torpağıdır və biz o torpaqlara elm və təhsillə qayıtmaq istəyirik», - deyə Ş. Hacıyev vurğulayıb.

ADİU rektorunun sözlərinə görə, ən müasir tələblərə cavab verəcək bu təhsil müəssisəsinin açılışı oktyabr-noyabr aylarına planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR