Bank Of Baku

Gəncədə telefon abonentlərinin sayı 58906-ə çatdırılıb

Gəncədə telefon abonentlərinin sayı 58906-ə çatdırılıb
# 30 iyul 2011 10:17 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. 2011-ci ilin ilk 6 ayı ərzində Gəncə şəhəri üzrə hər yüz ailəyə 85.5 stasionar telefon aparatı düşüb. Gəncə şəhər Telekommunikasiya İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, 2011-ci ilin ilk altı ayı ərzində sabit telefon şəbəkəsinin ümumi tutumu 67 min 76 nömrəyə çatdırılıb və abonentlərin ümumi sayı 58 min 906 nömrə təşkil edib.

ATS-53-Bağbanlar, ATS-53-Hərbi Polis və ATS 59-Poçt qəsəbəsi yaşayış ərazisində əhalinin internet xidmətinə olan tələbatını təmin etmək üçün hər birində 32 portluq ADSL avadanlığı quraşdırılıb. Şəhərdə ümumilikdə 78 internet klub fəaliyyət göstərir ki, onların xidmətindən istifadə edənlərin sayı 7 min 930 nəfərə yaxındır.

Rabitə müəssisələri tərəfindən 2011-ci ilin 6 ayı ərazində təsərrüfat subyektlərinə və əhaliyə 2.1 manatlıq xidmət göstərilib ki, bunun 68.9 faizi əhalinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR