Bank Of Baku

ETSN Milli Hidrometeorologiya Departamenti anomal isti hava şəraiti ilə əlaqədar operativ iş rejiminə keçib

ETSN Milli Hidrometeorologiya Departamenti anomal isti hava şəraiti ilə əlaqədar operativ iş rejiminə keçib
# 30 iyul 2011 10:27 (UTC +04:00)
Saat 11:00-dan 17:00-dək ənənəvi olan 3 saatlıq müşahidələrlə yanaşı, hər saatdan bir maksimal temperatur üzərində müşahidələr aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında müşahidə olunan faktiki temperatur haqqında hər saatdan bir nazirliyin rəsmi saytında məlumatlar yerləşdiriləcək. Bu gün saat 11-ə olan məlumata görə, Bakı stansiyasında havanın maksimal temperaturu 34,5, Neft Daşlarında 33,5, Sumqayıtda 35,3, Maştağada 31,7, Pirallahı stansiyasında isə 30,2 dərəcə olub. Saat 12-yə olan məlumata görə isə, havanın maksimal temperaturu Bakı stansiyasında 34,8, Neft Daşlarında 33,9 , Sumqayıtda 36,2, Maştağada 33,2, Pirallahı stansiyasında isə 30,5 dərəcə olub.
Qeyd edək ki, avqust ayının 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR