Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azər Yod” MMC-nin yod zavodunda yoxlama aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azər Yod” MMC-nin yod zavodunda yoxlama aparıb
# 02 noyabr 2011 13:45 (UTC +04:00)
Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Azər Yod” MMC-yə məxsus yod istehsalı zavodunda ətraf mühitin mühafizəsi qanunvericiliyinin və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyətini araşdırıblar.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının reqlament normaları çərçivəsində buraxıldığı, atqı sularından götürülmüş nümunələr üzərində aparılmış təhlillərin nəticəsinə görə ətraf mühitə atılan zərərli maddələrin miqdarının da norma daxilində olduğu və ətraf mühit üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Bununla yanaşı, xammal kimi istifadə olunan suyun nəqli üçün istismar olunan boru kəmərlərinin müəyyən hissələrinin korroziyaya uğradığı, iki ədəd su çənində sızmaların olduğu, atqı sularının ətraf ərazilərə axıdıldığı məlum olub, problemlərin aradan qaldırılması məqsədilə müəssisəyə müvafiq icrası məcburi olan göstərişlər verilib.

İcra vəziyyəti ETSN tərəfindən nəzarətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR