Bank Of Baku

Azərbaycan FHN-in idarə rəisi: “Neft və qazın aktiv hasilatı texnogen qəzalar ehtimalını gücləndirir”

Azərbaycan FHN-in idarə rəisi: “Neft və qazın aktiv hasilatı texnogen qəzalar ehtimalını gücləndirir”
# 03 noyabr 2011 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariyel Hüseynov ATƏT və FHN-in “Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər” mövzusunda birgə təşkil etdiyi seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan neft dağılmalarının qarşısını almaq sahəsində beynəlxalq təşkilatların təcrübəsindən yararlanaraq neft dağılmalarına qarşı hazırlığın təmin edilməsi üzrə Milli Plan hazırlayıb: “Bu plan təsdiq olunduqdan sonra biz birbaşa fəaliyyət planına keçə bilərik. Neft və qazın aktiv hasilatı texnogen qəzalar ehtimalını gücləndirir. Bununla əlaqədar yeni yataqlarda müvafiq infrastrukturun yaradılması, həmçinin regionda neft və qaz hasilatı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq vacibdir”.

Tariyel Hüseynov Azərbaycanın artıq dəfələrlə bu mövzuya həsr olunmuş seminar və konfranslarda iştirak etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR