Bank Of Baku

Ombudsmanın nümayəndələri bəzi polis bölmələrinin təcridxanalarına baxış keçiriblər

Ombudsmanın nümayəndələri bəzi polis bölmələrinin təcridxanalarına baxış keçiriblər
# 03 noyabr 2011 08:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin araşdırma mərkəzinə, Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına, həmin polis idarəsinin 37-ci polis bölməsinin, Nərimanov RPİ-nin, həmin RPİ-nin 16 və 17-ci polis bölmələrinin təcridxanalarına baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni istifadəyə verilən 70 nəfərlik araşdırma mərkəzində və təcridxanalarda saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Araşdırma Mərkəzində gəzinti yerinin olmaması nöqsan kimi qeyd olunub. Baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR