Bank Of Baku

Azərbaycan Xəzərdə sualtı arxeoloji tədqiqatlar aparacaq

Azərbaycan Xəzərdə sualtı arxeoloji tədqiqatlar aparacaq
# 03 noyabr 2011 08:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib.

M. Rəhimova deyib ki, bu yaxınlarda Rusiya Elmlər Akademiyası da Xəzərdə birgə sualtı tədqiqatlar aparmaq üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edib: “Xəzərin dibi arxeoloji xəzinədir. Burada arxeoloji tədqiqatlar aparmaq üçün böyük vəsait lazımdır. Artıq bu vəsaitin ayırması üçün biz əlaqədar dövlət qurumlarına müraciət etmişik. Bizim mütəxəssislər xarici ölkələrdə təcrübə keçməlidirlər. Ümid edirəm ki, gələn ildən Xəzərdə sualtı arxeoloji tədqiqatlar başlanacaq”.

M. Rəhimova deyib ki, Xəzərin dibində daha çox orta əsrlər arxeologiyasına aid nümunələrin olduğu ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR