Bank Of Baku

Azərbaycan BMT-nin “İnsan inkişafı indeksi” hesabatında 91-ci yerdə qərarlaşıb

Azərbaycan BMT-nin “İnsan inkişafı indeksi” hesabatında 91-ci yerdə qərarlaşıb
# 03 noyabr 2011 08:55 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən bu sənəddə orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

BMT ekspertlərinin açıqladığı hesabatda ümumilikdə 187 dövlət arasında ilk üç yeri Norveç, Avstraliya və Niderland tutub. Yəmən, Niger və Əfqanıstan insan inkişafı baxımından ən geridə qalmış ölkələr kimi tanınıblar.

BMT-nin hesabatında Azərbaycan 91-ci yerdə qərarlaşıb. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,7 il təşkil edir. Təhsilin orta statistik müddəti 8 il 6 ay olsa da, bu il sözügedən göstəricinin 11 il 8 aya kimi yüksələcəyi ehtimal olunur. Dərc edilmiş qlobal cədvəldə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 8,666 dollar təşkil etdiyi bildirilir. Hesabata görə, ötən illə müqayisədə Azərbaycanın insan inkişaf indeksi bir qədər yaxşılaşıb. Belə ki, Azərbaycanın yoxsulluqla mübarizədə yüksək nailiyyətlər əldə etdiyi təsbit olunub.

Reytinqə görə, gender bərabərliyinə görə Azərbaycan dünyada 50-ci yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR