Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri: “Xəzərin ekoloji təhlükəsizliyinə həsr olunmuş tədbirlərdə bütün Xəzəryanı ölkələrin iştirakı zəruridir”

ATƏT-in Bakı ofisinin rəhbəri: “Xəzərin ekoloji təhlükəsizliyinə həsr olunmuş tədbirlərdə bütün Xəzəryanı ölkələrin iştirakı zəruridir”
# 03 noyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Xəzərin ekoloji təhlükəsizliyi və dənizin çirklənməsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda bütün Xəzəryanı ölkələrin iştirakını zəruri sayır. APA-nın xəbərinə görə, səfir K. Tarqay bildirib ki, Xəzərdə neft dağılmalarının artması riskinin qarşısını almaq üçün bu sahədə layihələr və tədbirlər həyata keçirmək vacibdir: “Bu gün keçirdiyimiz tədbir bu qəbildən ilk tədbirdir, lakin son deyil. Bundan sonra belə seminarlara Rusiya, Qazaxıstan, Türkmənistan və İranın da qatılması lazımdır. ATƏT-in Bakı ofisi bu cür tədbirlərə dəstək verməyə həmişə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR