Bank Of Baku

Qulu Novruzov: “Xaricdə oxuyan tələbələrin maliyyələşdirmə mexanizminin sadələşdirilməsi məsələsini müzakirə edəcəyik”

Qulu Novruzov: “Xaricdə oxuyan tələbələrin maliyyələşdirmə mexanizminin sadələşdirilməsi məsələsini müzakirə edəcəyik”
# 03 noyabr 2011 09:17 (UTC +04:00)
Təhsil nazirinin müavini Qulu Novruzov APA-ya açıqlamasında bildirib ki, nazirlik növbəti tədris ilinədək bu məsələnin həll olunmasını istəyir: “Bu, yalnız Təhsil Nazirliyindən asılı məsələ deyil. Çünki maliyyələşdirmə Dövlət Neft Fondu tərəfindən aparılır. Biz danışmışıq, bu mexanizmin sadələşdirilməsi məsələsini müzakirə edəcəyik. Ümid edirik ki, buna nail olacağıq”.

Q. Novruzovun sözlərinə görə, ayrılan vəsaitin tələbələrə çatdırılmasının gecikməsi maliyyələşdirmə prosedurunun uzun çəkməsi ilə bağlıdır: “Elə sənədlər var ki, tələbələr onları təhsil aldıqları yerə getdikdən sonra göndərməlidirlər. Sənədin göndərilməsi, müvafiq sənədlər bizə veriləndən sonra maliyyələşmə ilə bağlı sifarişin hazırlanması, baxılması, pulun Təhsil Nazirliyinə köçürülməsi kifayət qədər vaxt aparır. Bu səbəbdən tələbə ilk bir ayda valideyninin büdcəsindən yararlanmalı olur. Düzdür, bu pulu qaytarırıq, borc qalmır. Amma prosedur bu cür gecikmələrə səbəb olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR