Bank Of Baku

Bakıda “Qafqazin erkən əkinçilik mədəniyyətləri” adlı beynəlxalq elmi konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Qafqazin erkən əkinçilik mədəniyyətləri” adlı beynəlxalq elmi konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 03 noyabr 2011 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Kültəpə abidəsinin kəşfinin 60 illiyinə həsr olunmuş “Qafqazın erkən əkinçilik mədəniyyətləri” adlı beynəlxalq elmi konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Rusiya, Almaniya və Fransadan arxeoloq alimlər iştirak edir.

Konfransın açılışında çıxış edən institutun direktoru Maisə Rəhimova bildirib ki, ölkə prezidentinin 2008-ci ildə arxeologiya elminin inkişafı üçün əlavə vəsait ayırması arxeoloji tədqiqatların arealını genişləndirib. Hazırda 40-a yaxın arxeoloji ekspedisiya Azərbaycanın bütün regionlarında təqdiqiqat işləri aparır. M. Rəhimova deyib ki, hazırda Azərbaycanda xarici ölkə alimləri ilə birgə eneolit və neolit dövrlərinə aid 10-a yaxın tədqiqiat işi aparılır. Tədqiqatlar əsasən Mil-Qarabağ, Muğan, Gəncə-Qazax, Naxçıvan bölgələrini əhatə edir.

Kültəpə abidəsi eneolit və Tunc dövrünə aid olunur. İlk dəfə 1951-ci ildə Azərbaycan arxeoloqu Osman Həbibullayev abidədə geniş miqyaslı arxeoloji qazıntı işlərinə başlayıb. Tədqiqat zamanı müxəlif təyinatlı bina qalıqları, əmək alətləri, silahlar, boyalı saxsı qablar aşkar edilib. Kültəpə abidəsi Azərbaycanda tapılmış ilk eneolit dövrü abidəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR