Bank Of Baku

Misir Mərdanov Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşüb

Misir Mərdanov Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşüb
# 03 noyabr 2011 15:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov bu gün Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir iki ölkə arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinin mümkün olduğunu deyib.
L.Baranao Azərbaycanın və Argentinanın təbii sərvətlərlə zəngin olduğunu söyləyib. Qonaq bunların elmi potensiala çevrilməsinin və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının əhəmiyyətindən danışıb. L.Baranao bildirib ki, dinamik inkişaf edən müasir dünyada yeni texnologiyaların tətbiqi zəruridir və bu baxımdan gənclərin qüvvəsindən istifadə edilməsi vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR