Bank Of Baku

Qəbələ və İsmayıllıda məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylanılıb

Qəbələ və İsmayıllıda məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylanılıb
# 04 noyabr 2011 08:06 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyi tərəfindən Qəbələ və İsmayıllıda yaşayan məcburi köçkünlərə qeyri-ərzaq yardımı paylanılıb. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev yardımın Qəbələdə məskunlaşan 320, İsmayıllıda yaşayan 290 köçkün ailəsi üçün nəzərdə tutulduğunu bildirib. Tədbirdə BMT QAK-ın Azərbaycan ofisinin 2003-cü ildən regiondakı fəaliyyətindən, məcburi köçkünlərə verilən qeyri-ərzaq yardımının əhəmiyyətindən və birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar aksiyalardan söhbət açılıb. Qeyd edək ki, QHT-lərin Resurs və Təlim Mərkəzi 2011-ci il ərzində BMT QAK tərəfindən məcburi köçkünlər üçün ayrılmış yardımı artıq 8 rayonda paylamağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR