Bank Of Baku

Kamran Musayev XV Damar Cərrahiyyəsi Konqresində mühazirə oxuyub - FOTO

Kamran Musayev XV Damar Cərrahiyyəsi Konqresində mühazirə oxuyub - <font color=red>FOTO</font>
# 04 noyabr 2011 08:17 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Antalya şəhərində Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkil etdiyi XV Damar Cərrahiyyəsi Konqresi keçirilib. APA-nın xəbərinə görə, dünyanın ən qabaqcıl cərrahlarının iştirakı ilə damar cərrahiyyəsinin aktual problemlərinin müzakirə edildiyi Konqresdə Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Gustav Fredrix başda olmaqla, Türkiyə, ABŞ, İngiltərə, Hollandiya, Fransa, Avstriya, İspaniya, Almaniya və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak edib. Tədbirdə ölkəmizi Azərbaycan Ürək Damar Cərrahları Cəmiyyətinin sədri, Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri namizədi Kamran Musayev təmsil edib.
Kamran Musayev damar cərrahiyyəsinin ən aktual problemlərindən biri olan AAA-nın (Abdominal Aort Anevrizması) – qarın aortasının anevrizmasının müalicəsinə həsr olunmuş “AAA-nın müalicəsində klassik cərrahi metodu, yoxsa yeni endovaskulyar metodmu?” mövzusunda mühazirə oxuyub. Onun çıxışı Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Gustav Fredrixin mühazirə oxuduğu sessiyada baş tutub. Kamran Musayevin mühazirəsi böyük marağa və geniş müzakirəyə səbəb olub.
Bu cür Konqreslərin ürək-damar cərrahiyyəsinin inkişafında mühüm əhəmiyyəti olduğunu vurğulayan Kamran Musayev Azərbaycan paytaxtında da analoji konqreslərin keçirildiyini bildirib.
K. Musayev konqresdə iştirak edən əcnəbi həmkarları ilə ürək-damar cərrahiyyəsində tətbiq olunan yeniliklər barədə müzakirələr aparıb, onlara Azərbaycanda səhiyyənin, o cümlədən ürək-damar cərrahiyyəsinin inkişafı barədə məlumat verib. Həmçinin, dünyanın aparıcı ürək-damar cərrahlarının gələcəkdə Bakıda keçirəcək tədbirlərdə iştirakı barədə razılıq da əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR