Bank Of Baku

Bayıl yamacındakı sürüşmə ilə əlaqədar xüsusi mərkəz yaradılacaq

Bayıl yamacındakı sürüşmə ilə əlaqədar xüsusi mərkəz yaradılacaq
# 04 noyabr 2011 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bayıl yamacındakı sürüşməni nəzarətdə saxlamaq üçün mərkəz yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib.

Q. Yetirmişli deyib ki, hazırda yapon mütəxəssislərinin təklifi ilə Bayıl yamacından 20-ci sahəyə qədər quyular qazılır. Quyulara həssas ötürücülər olan “datçik”lər qoyulacaq və ərazidə baş verən dəyişikliklər monitorinq sistemi vasitəsilə mərkəzə ötürüləcək. Q. Yetirmişli yaradılacaq mərkəzin Fövqəladə Hallar və ya Ekologiya və Təbii Sərvətlər nazirliklərindən birində yerləşəcəyini qeyd edib.

Bu prosesin bir neçə ay çəkəcəyini söyləyən mərkəz direktorunun sözlərinə görə, bundan sonra RSXM əməkdaşları ərazidə genişmiqyaslı tədbirlərə başlayacaqlar: “Ərazidə seysmoloji kəşfiyyat, maqnitumetriya, qravimetriya işləri aparılacaq. İndiyə qədər burada aparılan işlər lokal ərazini əhatə edib. İndi isə sesymik araşdırmaların arealı genişləndiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR