Bank Of Baku

AVCİYA seçki qərargahında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib

AVCİYA seçki qərargahında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib
# 04 noyabr 2011 10:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avropa Şurasının “Demokratiya və siyasi işlər üzrə” baş ofisinin proqram məsləhətçisi Susanne Caarls ilə görüş keçirib. AVCİYA-dan APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi seçkiləri müşahidə sahəsində müsbət təcrübə toplamış AVCİYA-nın fəaliyyəti ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq olub.

M. Zülfüqarlı AVCİYA seçki qərargahının 2004-2010-cu illərdə keçirilmiş seçkilərdəki fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verərək 2013-2015-ci illərdə keçiriləcək növbəti prezident, bələdiyyə və Milli Məclisə seçkilər zamanı assosiasiyanın fəaliyyətinin daha geniş miqyasda davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR