Bank Of Baku

Gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədardır

Gözlənilən anomal hava şəraiti arktik soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədardır
# 04 noyabr 2011 10:26 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib.

Onun sözlərinə görə, həmin müddət ərzində ölkə ərazisində hava qeyri-sabit və soyuq keçəcək: “Temperaturun anomal gedişi gözlənilir. Belə ki, ölkə ərazisində gecə və səhər saatlarında temperatur 10 dərəcəyə yaxın olacaq. Lakın günün ikinci yarısında şimal küləyinin güclənməsi nəticəsində temperatur bir qədər düşəcək. Günün ikinci yarısında və axşam temperatur 2-5 dərəcə isti olacaq”.

G. Məmmədova onu da bildirib ki, Azərbaycanda belə anomal hava şəraiti əvvəlki illərdə də qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR