Bank Of Baku

Azərbaycanda 4-cü Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Azərbaycanda 4-cü Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
# 04 noyabr 2011 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Kaspi Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda 4-cü Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. APA-nın məlumatına görə, Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əbiyev sərginin noyabrın 5-də “Hyatt Regency” mehmanxanasında keçiriləcəyini diqqətə çatdırıb: “Sərginin keçirilməsində məqsəd xarici təhsil müəssisələrinin nümayəndələri ilə tələbələrimizin təmaslarını təşkil etməkdir”.

Mərkəzin direktoru sərgidə 50-yə yaxın universitetdən 15 təmsilçinin iştirak edəcəyini deyib: “Bu sərgidə artıq Almaniya universitetlərinin də iştirakı təmin edilib. Sərgidə iştirak edən universitetlərin təhsil haqları 3-15 min dollar arasındadır”.

Direktor təhsil üçün təklif olunan xarici universitetlərin hamısının Azərbaycan Təhsil Nazirliyinin siyahısında olduğunu da söyləyib: “Sərginin keçirildiyi 4 il ərzində 80 universitetlə əlaqə qurulub. 150-dən artıq tələbə göndərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR