Bank Of Baku

Musa Quliyev: “Azərbaycanda əlilliyi müəyyənləşdirən meyarların dəyişdirilməsinə ehtiyac var”

Musa Quliyev: “Azərbaycanda əlilliyi müəyyənləşdirən meyarların dəyişdirilməsinə ehtiyac var”
# 04 noyabr 2011 12:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Azərbaycanda əlilliyi müəyyənləşdirən meyarların dəyişdirilməsinə ehtiyac var.” APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsində “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün büdcəsi” layihəsinin müzakirəsində komitənin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, hazırda qüvvədə olan meyarlar 1984-cü ildə qəbul edilib və müasir tələblərə cavab vermir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov isə qeyd edib ki, hər ölkədə əlilliyin hesablanmasında tətbiq edilən metodika fərqlidir, o cümlədən Azərbaycanda. Bu metodika müəyyən hesablamalar və araşdırmalar nəticəsində hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR