Bank Of Baku

FHN-də Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

FHN-də Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
# 04 noyabr 2011 12:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyində (FHN) Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə, əsasən, iki ölkənin uyğun qurumları arasındakı səmərəli əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov FHN-in fəaliyyəti və struktur bölmələri haqqında qonaqlara geniş məlumat verərək müvafiq sahələrdəki əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.
Lino Baranao öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib və bu kimi görüşlərin iki ölkənin uyğun qurumları arasındakı əlaqələrin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiyini vurğulayıb.
Görüşdə mütəmadi fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR